AZ

Həm gecə klubu, həm də muzey kimi fəaliyyət göstərir -

Vyanadakı Sənət Tarixi Muzeyi sənətsevərlərin sevimli məkanına çevrilib. Metbuat.az xəbər verir ki, incəsənət və əyləncənin bir araya gəldiyi muzey gündüzlər sənət mərkəzi, axşamlar isə gecə klubu kimi fəaliyyət göstərir. Məlumata görə, ziyarətçilər muzey daxilində rəqs etməklə yanaşı, əsərlər arasında özünəməxsus bir an yaşayırlar. Bildirilir ki, Sənət Tarixi Muzeyində bu əyləncə insanların da diqqətini cəlb edir. Muzeyə çox sayda ziyarətçinin gəldiyi deyilir. Qeyd edilir ki, Vyanada gecə klubları elə də məşhur deyil.

Berlin, Barselona, London kimi Avropa şəhərləri ilə müqayisədə Vyana sakit həyatı ilə seçilir. Lakin Sənət Tarixi Muzeyindəki əyləncə digər şəhərlərdəki əyləncədən geri qalmır.

Seçilən
8
metbuat.az

1Mənbələr