AZ

Abdulla Avcıdan ''Fənərbaxça'' etirafı

Cari mövsümə ''Trabzonspor''un başında başlayan, amma avqustun sonlarında istefa verən və hazırda işsiz olan Abdulla Avcı ''Fənərbaxça'' ilə bağlı maraqlı etirafı ilə gündəmə gəlib.

2022-də ''Trabzonspor''un 38 illik çempionluq həsrətinə son qoyan Avcı ötən yay ''Fənər''in başına keçməyə yaxın imiş. Təcrübəli mütəxəssis tanınmış jurnalist Mehmet Demirkola açıqlamasında bunları deyib:

''Trabzonspor'' ilə çempion olduqdan bir il sonra ''Fənərbaxça''dan təklif aldım. İsmayıl Kartal baş məşqçi vəzifəsinə gəlməmiş ''Fənər'' ilk təklifi mənə irəli sürmüşdü. Artıq anlaşmışdıq. Hətta məni bu təyinat münasibəti ilə təbrik edənlər də var idi. Planlarımı və hədəflərimi rəhbərliyə təqdim etdim. Amma sosial şəbəkənin qurbanı oldum. Həmin gün sosial şəbəkədə mənim klubla bağlı heç vaxt söyləmədiyim və heç yerdə də səs yazısı olmayan ifadələr ortaya atıldı. Sonra da işlər pozuldu. Sırf bu üzdən ''Fənərbaxça''ya təyinatım baş tutmadı. Əslində ''Fənərbaxça''dan belə bir təklif gözləyirdim. Çünki əvvəlki illərdə də mənimlə neçə dəfə əlaqə qurmuşdular. Amma dediyim kimi bu dəfə hər şey qaydasında irəliləyərkən son anda işlər tərsinə çevrildi''.

ƏLİ
Seçilən
10
football-plus.az

1Mənbələr