AZ

Azərbaycanda yuxu laboratoriyası yaradılır – VİDEO

Dövlət xəstəxanasında yuxu laboratoriyası yaradılır.

Yenicag.az Xezerxeber.az-a istinadən xəbər verir ki, belə laboratoriyalarda – xüsusi otaqda bir gecə videomüşahidə altında yatan pasiyentin 8 saat ərzində bütün fizioloji funksiyaları monitorinq edilir.

Dövlət tibb müəssisələri arasında ilk belə yuxu laboratoriyası Respublika Klinik Xəstəxanasında yaradılacaq. Ancaq ölkədə ilk və yeganə yuxu laboratoriyası 2010-cu ildən özəl xəstəxanalardan birində yaradılıb.

Həmin laboratoriyanın məsul həkimi, kardioloq Yusif Nağıyev deyir ki, son zamanlar müraciət edənlərin sayında artım var.

Kardioloq deyir ki, yuxu laboratoriyasındakı videomüşahidədən sonra pasiyentin beyin potensialı, qanda oksigen təminatı, tənəffüsü, xoruldama, əzələ tonusu, gözün hərəkəti, ürəyin fəaliyyəti, nəbzin diaqnostikası və s. kimi təhlillər aparılır.

Mütəxəsiss onu da bildirdi ki, TƏBIB-in resursları hesabına belə laboratoriyanın yaradılması təqdirəlayiqdir.

Əgər yuxu testi icbari tibbi sığortaya daxil edilsə, bu yolla ilkin səviyyədə xəstəlikləri aşkarlamaq mümkün olacaq.

Daha ətraflı videoda:

Seçilən
12
4
yenicag.az

8Mənbələr