AZ

Azərbaycan Prezidentinin bu siyasi gedişi amerikalı jurnalisti heyran etdi - Bizdən nə danışırlar?

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Bizdən nə danışırlar?" verilişinin yeni buraxılışı yayımlanıb.
Verilişdə bildirilib ki, beynəlxalq tədbir olan COP29 öz işini başa çatdırıb. Bəşəriyyət üçün son dərəcə böyük əhəmiyyət kəsb edən bu hadisə illər boyu ürəklərdə xoş duyğular yaradacaq. Bunu xarici mənbələrdə dərc olunan xəbərlərdən də görmək mümkündür. ABŞ-nin "Foreign Policy Association" nəşrində tanınmış politoloq və jurnalist Reyçel Avraham baş qərargahı Nyu-Yorkda yerləşən Xarici Siyasət Assosiasiyasının xəbər saytında dərc olunmuş "Müstəmləkə bölgələr üçün iqlim ədaləti vacib şərtdir" başlıqlı məqalədə Fransa və digər Avropa dövlətlərinin müstəmləkə istismarının ekoloji fəsadlarından yazıb.
Müəllif vaxtilə müharibə şəraitindən çıxmış Qarabağ bölgəsinə səfər edərkən erməni işğalçılarının bölgədə necə ciddi ekoloji böhran yaratdığının şahidi olduğuna diqqət çəkib. Çirklənmiş, balıqsız çayları, kökündən qoparılmış ağacları, yandırılmış əkin sahələrini, minalarla əhatə olunmuş, dağıdılmış minlərlə evləri və çuxurlarla dolu torpaq yollarını gördüyünü yazıb. Məqalənin sonunda müəllif diqqətçəkən açıqlama verib: "Həqiqətən də, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə erməni köçkün müstəmləkəçiliyi tarixin zibilliyinə atılıb. Digər müstəmləkəçi qüvvələr də tezliklə onun ardınca gedə bilərlər".
Türkiyənin "Anadolu" agentliyi COP29 çərçivəsində "İqlim maliyyələşməsi" mövzusunda fəal müzakirələrə, eləcə də Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizəyə töhfəsinə diqqət çəkib. Qardaş ölkənin aparıcı informasiya agentliyi Prezident İlham Əliyevin "Yaşıl dünya naminə həmrəylik" şüarını rəhbər tutaraq Azərbaycanın vicdanlı vasitəçi kimi çıxış etdiyini və iqlim danışıqlarının qərəzsiz dəstəklənməsi üçün bütün imkanlardan istifadə etdiyi barədə bəyanatından sitat gətirib.
Ukraynanın "RBC-Ukrayna" nəşri Bakıda COP29-da əldə olunmuş razılaşmaya dair məqalə dərc edib.
Bildirilib ki, COP29 razılaşması iqlim dəyişikliyi ilə mübarizədə gələcək addımların əsasını qoyub. Yekun razılaşmaya əsasən, zəngin ölkələr 2035-ci ilə qədər yoxsul ölkələrə iqlim dəyişikliyi ilə mübarizədə kömək etmək üçün ildə ən azı 300 milyard dollar ayırmağa razılaşıb. Məqalədə həmçinin COP29 razılaşmasının strateji əhəmiyyəti də qeyd olunub.
Ətraflı Baku TV-nin süjetində:
Seçilən
21
50
oxu.az

10Mənbələr