Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanda 8 milyon 570 min manatlıq dərman istehsal olunub.
Fins.az, bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbərn verir.
Məlumata görə, istehsal edilmiş dərman vasitələrinin dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə istehsal 12,1% artıb.
Ötən il ölkədə 7 milyon 642 min manatlıq dərman vasitələri istehsal olunub.
Noyabrın 1-i vəziyyətinə 967,2 min manatlıq hazır məhsul ehtiyatı mövcuddur.