AZ

Putin Olimpiadanı qeyri-müəyyən müddətə təxirə salıb

Prezident Putinin fərmanına əsasən, Ümumdünya Dostluq Oyunları qeyri-müəyyən müddətə təxirə salınıb.

Azpost.info bildirir ki, bu Oyunlar 2024-cü ildə keçirilməli idi. Lakin 2025-ci ilə təxirə salınmışdı. İndi isə “əlavə bildiriş”ə qədər təxirə salınıb.

Dostluq Oyunlarının keçirilməsi ideyası Rusiya idmançılarının beynəlxalq yarışlarda iştirakdan kənarlaşdırılmasına cavab idi.

Dostluq Oyunları Beynəlxalq Olimpiya Komitəsinin tənqidinə səbəb olub və bu tədbiri “siyasi motivli” adlandırıb.

Seçilən
27
azpost.info

1Mənbələr