AZ

Ən azı 56 nəfər həyatını itirib: Futbol matçında qalmaqal

Qvineyanın cənub-şərqindəki N'Zerekore şəhərində futbol matçında izdiham ən azı 56 nəfərin ölümünə, yüzlərlə insanın yaralanmasına səbəb olub.
 

Sfera.az xəbər verir ki, hadisə “N’Zerekore” və “Labe” komandaları arasında keçirilən “General Mamadi Doumbouya” kubokunun final matçı zamanı baş verib.
 

“General Mamadi Doumbouya” futbol turniri çərçivəsində keçirilən “N'Zerekore” və “Labe” komandaları arasında keçirilən qarşılaşmada hakimin penalti qərarını ev sahibi komandanın xeyrinə verməsi gərginliyin qəfil artmasına səbəb olub.
 

“Labe” azarkeşlərinin hakimə hücumu ilə başlayan gərginlik qısa zamanda nəzarətdən çıxıb və böyük xaosa çevrilib.
 

Polis izdihamı sakitləşdirmək üçün gözyaşardıcı qazdan istifadə edib, qəzəbli fanatlar polisə daşla cavab verib. Xaosun böyük izdiham yaratdığı və ən azı 56 nəfərin həyatını itirdiyi bildirilir.
 

Həyatını itirənlər arasında uşaqların da olduğu bildirilir.

 

Aysel

Seçilən
53
sfera.az

1Mənbələr