AZ

Abxaziyada etirazlara səbəb olan qanuna yenidən baxılacaq

Abxaziya parlamenti Rusiya investisiyaları haqqında müqavilənin ratifikasiyası məsələsini yenidən gündəmə gətirəcək.

Teleqraf.com yerli mətbuata istinadən xəbər verir ki,bu barədə qanunverici orqanın mətbuat xidməti məlumat yayıb.

“Dekabrın 3-də parlamentin növbədənkənar iclasının keçirilməsi planlaşdırılır, bu iclasda Abxaziya ilə Rusiya arasında parlamentlərarası sazişin ratifikasiyası məsələsinə baxılacaq”, - məlumatda deyilir.

Qeyd edək ki, noyabrın 15-də Suxumda etirazçılar hökumət binaları kompleksini ələ keçirərək prezidentin istefasını tələb ediblər. Etirazlara səbəb Rusiya ilə investisiya sazişi olub və bu, müxalifətin fəal müqavimətinə səbəb olub və bunu Abxaziyanın iqtisadi suverenliyi üçün dağıdıcı hesab edir. Eyni zamanda, müxalifət Rusiya Federasiyası ilə münasibətləri gücləndirməyə, investisiya layihələrini pozmamağa çalışdıqlarını bəyan edib.

Noyabrın 19-da Abxaziya hakimiyyəti və müxalifəti arasında razılıq əldə olunub, nəticədə prezident Aslan Bjaniyanın istefası ilə bağlı saziş imzalanıb . Növbədənkənar prezident seçkiləri 2025-ci il fevralın 15-nə təyin edilmişdi .


Müəllif: Arzu
Seçilən
21
teleqraf.com

1Mənbələr