Moskva "Dinamo"sunun qapıçısı İqor Leşuk son dəqiqələrdə komandasını məğlubiyyətdən xilas edib.
İdman.biz xəbər verir ki, o, Rusiya Premyer Liqasının 17-ci turunda "Axmat"la (1:1) qarşılaşmada fərqlənib.
Ötən mövsümdə "Qarabağ"da çıxış edən Andrey Lunyovu qapıda əvəz edən Leşukun zərbəsindən sonra top qeyri-adi trayektoriya cızaraq qapıya daxil olub. Həmin anda onun rəqib həmkarının da səhvi həlledici rol oynayıb.
Qeyd edək ki, Rusiya çempionatında qapıçılar sonuncu dəfə 23 il əvvəl qol vurmuşdular. 2001-ci il sentyabrın 21-də "Torpedo-ZİL"in qapıçısı Andrey Novosadov "Fakel"lə (3:1) görüşdə penaltini dəqiq yerinə yetirib.
İdman.biz