İsrail ordusu noyabrın 27-də əldə olunan atəşkəsin bu gün "Hizbullah" tərəfindən pozulmasını əsas gətirərək Livana qarşı hücumlara başladığını rəsmən elan edib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, ordunun bəyanatına əsasən, Livana qarşı hücumların detalları barədə qısa zaman sonra açıqlama yayılacaq.
İsrailin baş naziri Binyamin Netanyahu bundan dərhal sonra "cavabımız olacaq", - deyə, xəbərdarlıq edib.
Samir Musayev
MİA.AZ