AZ

A Seriyası: “Atalanta” Roma səfərindən 3 xalla qayıtdı

Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2024/2025-ci illər mövsümünün 14-cü turuna yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.

Turun qapanış matçında “Roma” “Atalanta”nı qəbul edib. Uğursuz mövsüm keçirən “canavarlar” bu görüşdə də 2 cavabsız qolla məğlu bolublar.

Beləliklə, 14 turdan sonra 32 xala malik “Napoli” vahid liderdir. “Atalanta” 31 xalla ikinci pillədə qərarlaşıb. “İnter”, “Fiorentina” və “Latsio”nun 28, “Yuventus”un 26, “Milan”ın 22, “Bolonya”nın 21, “Udineze”nin 17, “Empoli”nin 16, “Parma” və “Torino”nun 15, “Kalyari” və “Cenoa”nın 14, “Roma” və “Leççe”nin 13 xalı var.

İtaliya, A Seriyası
14-cü tur
29 noyabr

Kalyari – Verona 1:0
Qol: Pikkoli, 75.

30 noyabr

Komo – Montsa 1:1
Qollar: Engelhardt, 36 – Kaprari, 54-pen.

Milan – Empoli 3:0
Qollar: Morata, 19. Reynders, 44; 69.

Bolonya – Venesiya 3:0
Qollar: Ndoye, 21-pen; 71. Orsolini, 69-pen.

1 dekabr

Udineze – Cenoa 0:2
Qollar: Pinamonti, 13. Canetti, 67-öz qapısına.

Parma – Latsio 3:1
Qollar: Man, 6. Hac Mohamed, 53. Del Prato, 90+1 – Kastelyanos, 80.

Torino – Napoli 0:1
Qol: Maktominey, 31.

Leççe – Yuventus 1:1
Qollar: Rebiç, 90+3 – Kambyazo, 68.

Fiorentina – İnter oyunu yarıda qalıb

2 dekabr

Roma – Atalanta 0:2
Qollar: De Roon, 69. Zaniolo, 89.

Seçilən
23
arena.az

1Mənbələr