Müxaliflər Suriya ordusundan ən azı daha iki "T-90A" və bir "T-72M" tankı ələ keçirib.
Teleqraf.com xəbər verir ki, bu barədə “Military Informant” Telegram kanalı məlumat yayıb.
Məlumata görə,tanklar Hələb əyalətində ələ keçirilən Xanassır şəhəri yaxınlığındakı yolda tərk edilib.
Bu gün daha bir "T-90A" “Həyat Təhrir əl-Şam” qruplaşmasının yaraqlıları tərəfindən ələ keçirilib.
Müəllif: Arzu