AZ

“Ümumi müzakirələrdən sonra qərara alındı ki...”

Peşəkar Futbol Liqası (PFL) Azərbaycan Kubokunun 1/8 final mərhələsinin bəzi oyunlarında VAR sisteminin olmamasına aydınlıq gətirib.

Sportinfo.az xəbər verir ki, bu barədə “report”a qurumun mətbuat xidmətinin rəhbəri Sənan Abdullayev açıqlama verib.

O, bunu VAR maşınları ilə bağlı çatışmazlıqlarla əlaqələndirib:

“Məlum olduğu kimi, Azərbaycan Kubokunun 1/8 final mərhələsinin oyunları dekabrın 3-4-də keçiriləcək. Bir gündə “CBC Sport” telekanalı vasitəsilə maksimum 2 canlı yayım təşkil edə və başqa sözlə,

2 VAR maşınından yararlana bilərik. Ümumi müzakirələrdən sonra qeyd olunan məlum matçlarda VAR sisteminin tətbiqi qərara alınıb”.

Azərbaycan Kubokunun 1/8 final oyunları dekabrın 3-4-də keçiriləcək. Mərhələnin 8 matçından yalnız 4-də VAR sistemi tətbiq olunacaq.

Seçilən
30
sportinfo.az

1Mənbələr