SeherXeber.org xəbər verir ki, o, evində dünyasını dəyişib.
Məlumatı onun sənət yoldaşları təsdiq ediblər.
Qeyd edək ki, Xəyyam Əhmədli 1980-ci ildə Bakının Xətai rayonunda, Əhmədli qəsəbəsində doğulub. O, "Məmləkətim" və ya ikinci adı ilə "Hələ oğlun salamatdır" adlı mahnısı ilə məşhurlaşıb.
2023-cü ildə insult keçirən meyxanaçıda ağır ürək problemi yaranmışdı. Bu səbəbdən onun bədəninə su yığılırdı. Uzun müddət müalicə almasına baxmayaraq, ağır vəziyyətdə olan meyxanaçı sağlamlığına qovuşa bilməyib.