Donald Tramp Notr-Dam kilsəsinin bərpadan sonra açılışına qatılacağını açıqlayıb...
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Notr-Dam kilsəsinin bərpadan sonra yenidən açılışında iştirak etmək üçün dekabrın 7-də Parisə səfər edəcəyini açıqlayıb.
Poliqon xəbər verir ki, siyasətçi bu barədə “Truth Social” sosial şəbəkəsindəki səhifəsində yazıb.
“Mən beş il əvvəl dağıdıcı yanğından sonra tamamilə yenidən qurulan möhtəşəm tarixi Notr-Dam Katedralinin açılışında iştirak etmək üçün şənbə günü Parisə gedəcəyəm”, deyə Tramp bildiirib.
Qeyd edək ki, 2019-cu il aprelin 15-də Parisdəki Notr-Dam kilsəsində güclü yanğın baş verib. 12 saat ərzində yanğını idarə etmək mümkün olmayıb. Nəticədə kafedralın şil və damının bir hissəsi dağılıb. Prokurorluğun məlumatına görə, yanğına elektrik cərəyanındakı nasazlıq və ya söndürülməmiş siqaret səbəb ola bilər. Noyabrın əvvəlində Notr Damda yanğından sonra ilk dəfə zənglər yenidən çalmağa başladı.
Keçən həftə Fransa prezidenti Emmanuel Makron “bütün xristianları, bütün Fransanı, bütün dünyanı” Notr-Damın bərpasının başa çatması münasibətilə təbrik edib və rəsmi açılışdan əvvəl bərpa edilmiş kafedrala baş çəkib.
Poliqon.info