AZ

"Pakdad" restoranlar şəbəkəsinin sahibini yenə cərimə gözləyir

"Pakdad" restoranlar şəbəkəsinin sahibi "Shazeli Group" MMC-yə inzibati protokol yazılıb.

 

Pravda.az-ın xəbərinə görə, protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 233.1-ci (Ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olmasına görə vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on min beş yüz manatdan on iki min beş yüz manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib edilib.

 

İş Nəsimi Rayon Məhkəməsinin hakimi Babək Pənahovun sədrliyi ilə araşdırılacaq.

 

Xəyal Quliyev

Tarix: 3 Dekabr 2024, 08:09   
Seçilən
20
pravda.az

1Mənbələr