AZ

Pentaqon: Suriyaya görə ABŞ-Rusiya əlaqə kanalını işə salınıb...

Pentaqonun sözçüsü Patrik Rayder, ABŞ-ın Suriyadakı son gərginliyi müzakirə etmək üçün Rusiya ilə əlaqə kanalını aktivləşdirdiyini söyləyib...

Poliqon xəbər verir ki, bu barədə Amerika Hərbi Departamentinin saytında məlumat verilib.

Patrik Rayder bu təmaslarla bağlı başqa təfərrüatları açıqlamayıb.

Qeyd edək ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov daha əvvəl bildirmişdi ki, Moskva və Vaşinqton arasında qaynar xətt hazırda istifadə edilmir, lakin xüsusi hallar üçün xüsusi təhlükəsiz xətt mövcuddur.

Bir gün əvvəl Reuters yazıb ki, ABŞ və BƏƏ səlahiyyətliləri Suriya prezidenti Bəşər Əsədi İranla əməkdaşlıqdan “uzaqlaşdırmaq” və Livan “Hizbullah” hərəkatına silah tədarükünü dayandırmaq üçün ona qarşı sanksiyaların ləğvini müzakirə edirlər.

Poliqon.info

Seçilən
36
poliqon.info

1Mənbələr