AZ

“Altis Group of Companies” və “Altec” şirkətinin təsisçisi kapitalından 1 milyon manat götürülür

“Altec” MMC-nin təsisçisininin payı və “Altis Group of Companies”  MMC-nin  nizamnamə kapitalı azaldılır.

FED.az xəbər verir ki, “Altec” MMC-nin təsisçilərinin 02.12.2024-cü il tarixli qərarına əsasən Təsisçi Heydərov Kamal Şamil oğlunun müəssisədə olan payı 1 milyon manat dəyərində azaldılır.

“Altis Qrup of Kompani” MMC-nin 02.12.2024-cü il tarixli təsisçi qərarına əsasən nizamnamə kapitalı 1 milyon manat dəyərində azaldılır.

Qeyd edək ki, “Altec” MMC 2017-ci ildə dövlət qeydiyyatına alınıb. Qanuni təmsilçisi Azməmmədov Vüsal İnqilab oğludur.

Şirkətin hüquqi ünvanı Bakı şəhəri Binəqədi rayonu, M.Rəsulzadə ştq, Bakı-duz (Rəsulzadə qəs.), ev Baksol ərazisi, m. 1-dir.

Qeyd edək ki, “Altis Qrup of Kompani” MMC 2006-cı ildə dövlət qeydiyyatına alınıb.

Şirkətin qanuni təmsilçisi Nəcəfov Toğrul Cahid oğlu, nizamnamə kapitalı 2 307 143 manatdır.

Seçilən
26
5
fed.az

7Mənbələr