AZ

Milli Məclisdə Qərbi Azərbaycana qayıdış dinləməsi

Dünən Milli Məclisdə “Qərbi Azərbaycana təhlükəsiz və ləyaqətli qayıdış” mövzusunda ictimai dinləmə keçirilib.

Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun rəhbəri Əziz Ələkbərov bildirib ki, ötən dövrdə parlamentdə Qərbi Azərbaycana qayıdışla bağlı müxtəlif komitələr tərəfindən beş dəfə ictimai dinləmə keçirilib. O qeyd edib ki, 1989-cu ildə yaradılan və Qərbi Azərbaycandan olan qaçqın soydaşlarımızın sosial və məskunlaşma problemləri ilə məşğul olan Azərbaycan Qaçqınlar Cəmiyyəti, Prezident İlham Əliyevin tövsiyəsi ilə 2022-ci ildə Qərbi Azərbaycan İcması adı ilə yenidən təşkil edilib. Bu addım tarixi torpaqlarımız uğrunda mübarizəyə yeni təkan verərək, soydaşlarımızın dinc və təhlükəsiz qayıdışı üçün siyasi əsaslar yaradan "Qayıdış Konsepsiyası"nın hazırlanmasına zəmin yaradıb. Bütün bunlar doğma torpaqlarına qayıdışa sarsılmaz inam yaradaraq, Qərbi Azərbaycana Qayıdış ideyasını ümummilli hədəfə çevirib və onu beynəlxalq müstəviyə çıxarmağa nail olub.

Müzakirədə Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa, Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov, Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyanın sədri Ramid Namazov, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Qüdrət Həsənquliyev, İctimai birliklər və dini qurumlar komitəsinin sədr müavini Sahib Alıyev, deputatlar Azay Quliyev, Kamal Cəfərov, Ramil Həsən, Tənzilə Rüstəmxanlı, Rizvan Nəbiyev, Aydın Mirzəzadə, Səyyad Salahlı, Qaya Məmmədov və Məlahət İbrahimqızı son illər parlamentdə Qərbi Azərbaycana qayıdışla bağlı keçirilən dinləmələrin əhəmiyyətini, ölkənin milli maraqları və tarixi ədalətin bərpası baxımından müstəsna önəm daşıdığını vurğulayıblar.

İclasda Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov “Deportasiyaya məruz qalmış Qərbi azərbaycanlılarla bağlı statistik məlumatlar”, Xarici İşlər Nazirliyinin Beynəlxalq təhlükəsizlik idarəsinin rəisi Samir Becanov “Beynəlxalq praktikada qaçqınların geri qayıdışının təmini”, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva “Qərbi Azərbaycanda maddi-mədəni irsimiz”, Baş Prokurorluğun İstintaq İdarəsinin rəis müavini Qasım Məmmədov “Qərbi Azərbaycanda azərbaycanlılara qarşı cinayət törətmiş şəxslərin məsuliyyətə cəlb edilməsi” və AMEA-nın Tarix və Etnologiya İnstitutunun Qərbi Azərbaycan tarixi şöbəsinin müdiri Cəbi Bəhramov “Qərbi Azərbaycan tarixinin öyrənilməsi və araşdırılması” mövzularında məruzələrlə çıxış ediblər.

Avrasiya Universitetinin professoru Firudin Cəlilov, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin professoru Zahid Cəfərov soydaşlarımızın Azərbaycan xalqının tarixi torpaqlarına qayıdışının təmin edilməsinin hüquqi aspektləri barədə qeyd və təkliflərini söyləyiblər

XQ

Seçilən
18
11
xalqqazeti.az

10Mənbələr