AZ

Hərbi Prokurorluğun DİN-in Daxili Qoşunlarında görüşü

Ümummilli lider Heydər Əliyevin ilk dəfə hakimiyyətə gəlməsinin 55-ci ildönümü, ölkəmizdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi, COP29, eləcə də hüquqi biliklərlə bağlı maarifləndirmə ilə əlaqədar Hərbi Prokurorluq Daxili İşlər Nazirliyinin Daxili Qoşunları ilə birgə N saylı hərbi hissədə tədbir keçirib.

Hərbi prokurorun böyük köməkçisi, qurumun mətbuat xidmətinin rəhbəri Firad Əliyev, Zaqatala hərbi prokuroru Emin Quliyev, polkovniklər Zamin Rəsulov, Rüstəm Dəmirov və Qəbələ Rayon İcra Hakimiyyəti başçısının müavini Arif Allahverdiyev çıxışlarında Ulu öndərin mükəmməl siyasətini yeni müstəvidə uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə görülmüş müstəsna işlərdən, uğurların qazanılmasında Birinci vitse-prezident Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətindən söz açıblar. Habelə, ölkəmizdə keçirilən COP29-un mahiyyətindən və əhəmiyyətindən, eyni zamanda, ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin tələblərindən danışılıb.

Daha sonra hüquqi maarifləndirici məzmunlu çıxışlar olub. Sonda ağaclar əkilib.

XQ

Seçilən
11
xalqqazeti.az

1Mənbələr