AZ

Atəşkəs pozuldu: Netanyahu Hizbullaha sərt cavab vəd edir

İsrailin baş naziri Benyamin Netanyahu Hizbullah hərəkatının atəşkəsi pozduğunu bildirib.

“Biz atəşkəsə hörmətlə yanaşmaq və Hizbullah tərəfindən hər hansı pozuntuya cavab vermək əzmindəyik. Kiçik pozuntular böyük hesab olunacaq”, – Netanyahu bildirib.

Bazar ertəsi səhər saatlarında Hizbullah İsraillə atəşkəs razılaşmasından sonra ilk dəfə olaraq Livanın cənub-şərqindəki Kfar Şuba kəndi ərazisindən İsrail ordusunun mövqelərinə hücum etdiyini açıqlayıb. Hərəkat qeyd edib ki, onların hərəkətləri “İsrailin atəşkəs razılaşmasını dəfələrlə pozmasına” cavabdır.

İsrail və Hizbullah arasında atəşkəs razılaşması keçən həftə qüvvəyə minib. Onun şərtlərinə görə, İsrail ordusu Livan ərazisindən mərhələli şəkildə geri çəkiləcək və Hizbullah yaraqlılarının İsrailin təhlükəsizliyinə təhlükə yaratdığına qərar verərsə, onlara zərbələr endirmək hüququnu özündə saxlayır.

Musavat.com

Seçilən
69
2
editor.az

10Mənbələr