AZ

Suriyada Əsədə təhlükə varmı?

Suriyada Bəşər Əsəd hökumətinə qarşı son illərin ən böyük hücumu baş verir.

Üsyançılar Suriyanın ikinci böyük şəhəri olan Hələbi ələ keçiriblər. Rusiya 2016-cı ildən bəri ilk dəfə üsyançılara qarşı şəhəri bombalayıb.

Suriya qoşunları isə Hələbdən çıxarılıb. Türkmənlərin də çox yaşadığı Hələb şəhərini ələ keçirənlərə üsyançılara isə islamçı "Heyət Təhrir əl-Şam" qrupu rəhbərlik edir.

Suriyada müharibə son illər səngimişdi. Bəşər Əsəd ölkənin böyük şəhərlərinə nəzarət edirdi. Lakin bir sıra ərazilər onun nəzarətindən kənarda bəzi silahlı qruplaşmaların əlində idi.

Suriyada xarici dövlətlərin də ordusu var. Burada hələ də Rusiya silahlı bölmələri var və 2016-cı ildən bəri Suriyanın şimalındakı bəzi ərazilərdə Türkiyə qoşunları yerləşib.

Rusiya Bəşər Əsədi dəstəkləyir. Türkiyə isə son hücumlarda iştirak etmədiyini bildirsə də, Əsədə qarşı üsyançıları dəstəkləyib.

Bəs son iğtişaşlardan sonra Bəşər Əsədə təhlükə varmı?

BBC-nin beynəlxalq məsələlər üzrə beynəlxalq redaktoru Jeremy Bowen hesab edir ki, Əsəd rejiminin ləğv edildiyini yazmaq hələ tezdir.

Videonu YouTube kanalımızda izləyin.

Seçilən
72
bbc.com

1Mənbələr