AZ

«Kapital Bank» pulu nədən qazanır? – GƏLİR MƏNBƏLƏRİ - MƏBLƏĞLƏR

FED.az Azərbaycanın ən böyük banklarından biri, ən böyük filial şəbəkəsinə və gəlirlərin həcminə malik olan “Kapital Bank”ın gəlir mənbələrini təqdim edir .  

«Bank VTB Azərbaycan» pulu nədən qazanır? – GƏLİR MƏNBƏLƏRİ - MƏBLƏĞLƏR

2024-cü ilin üçüncü rübünün nəticələrinə görə “Kapital Bank”ın, ümumi gəlirləri 1 milyard 55 milyon 838 min manat təşkil edib. Bank bu göstərici üzrə ölkənin bank sestemində 1-ci yerdədir.

Ümumi gəlirlərin həcmi böyük olduğuna görə, bankın ayrı-ayrı sahələrdən gəlirləri də iri rəqəmlərlə ölçülür.

Belə ki, hesabat dövrünün üçüncü rübündə “Kapital Bank”ın gəlirlərinin böyük hissəsi – 505 milyon 328 min manatı və ya bütün gəlirlərin 47%-i kredit portfelinin gəlirlərindən formalaşıb. “Kapital Bank” ölkədə kredit portfeli ən böyük olan banklardandır ona görə də faiz gəlirləri nəhəng rəqəmlərlə ölçülür.

“Kapital Bank”ın komissiya haqqı gəlirləri 397 milyon 245 min manat təşkil edib ki, bu da bütün gəlirlərin 38%-i deməkdir.

Bankın valyuta əməliyyatlarından gəlirləri isə 37 milyon 31 min  manat təşkil edib. Bu ümumi gəlirlərin 4%-i deməkdir.

“Kapital Bank” qiymətli kağızlardan da kifayət qədər gəlir götürüb. Təkcə üçüncü rüb ərzində  bankın fond bazarındakı yatırımlarından gəlirləri 60 milyon 823 min manat təşkil edib. Ümumi gəlirlərin 6%-i bu sahədən yaranıb.

Nəhayət, bank başqa banklarda depozit yerləşdirilməklə və kredit ayırmaqla da ümumilikdə 29 milyon manatdan artıq gəlirlər əldə edib.

Daha 26 milyon 304 min manat isə “Kapital Bank”ın digər faiz və qeyri-faiz gəlirlərindən daxil olub.

Ümumiyyətlə, “Kapital Bank”ın ümumi gəlirlərində faiz gəlirləri 59%, qeyri-faiz gəlirləri 41% təşkil edir.

Digər gəlirlərin məbləği və onun ümumi gəlirlərdəki payı aşağıdakı kimidir :

Min manat

Gəlir mənbələri

Məbləğlər

Ümumi gəlir də payı

Kredit portfeli üzrə faiz gəliri

505 328

47%

Komissiya haqları

397 245

38%

Valyuta əməliyyatlarından gəlirlər

37 031

4%

QK-a investisiyadan gəlir

60 823

6%

Digər banklara depozitlərdən gəlirlər

28 343

3%

Digər banklara kreditlərdən gəlirlər

764

1%

Digər faiz gəlirləri

19 793

2%

Digər qeyri-faiz gəlirləri

6 511

1%

     

CƏMİ GƏLİRLƏR

1 055 838

100%

 

Seçilən
11
1
fed.az

1Mənbələr