AZ

“Nissan” müfliq olmaq riski ilə qarşılaşıb

Avtomobil satışlarının zəif olması fonunda Nissan Motor Company cari maliyyə ilində ABŞ-da istehsalı əvvəlki 12 ay ilə müqayisədə 17 faiz azaltmaq qərarına gəlib.

KONKRET.az xəbər verir ki, ABŞ-ın Tennessi və Missisipi ştatlarında yerləşən hər iki Nissan avtomobil zavodu yaxın həftələrdə işçilərini ixtisar edəcək. Qeyd edək ki, keçən həftə şirkət 1000 işçini ilin sonuna qədər erkən təqaüdə çıxarmaq barədə qərar qəbul edib.

Aprel ayından etibarən “Nissan”ın ABŞ-dakı istehsal müəssisələri artıq dörd günlük, üç günlük istirahət qrafiki ilə işləyir. Bununla belə, satışların azalması davam edib və şirkət qəbul edilmiş antiböhran planı çərçivəsində ilkin olaraq nəzərdə tutulduğundan daha radikal şəkildə xərcləri azaltmaq zərurəti ilə üzləşib.

Maliyyə vəziyyətini sabitləşdirmək üçün Nissan ABŞ-dan kənarda, ilk növbədə Avropadakı iki zavodda 9000 işçini və ya ümumi işçi qüvvəsinin 15%-ni ixtisar edəcək. Bundan əlavə, şirkət “Mitsubishi Motors”un kapitalındakı payını satacaq (bu, adi səhmlərin 10%-ni təşkil edir).

Britaniyanın “Financial Times” qəzetinin yazdığına görə, Nissan ümidsiz şəkildə “Renault” u əvəz edəcək strateji investor axtarır və 12-14 ay ərzində bu investor tapılmazsa, şirkət maliyyə cəhətdən müflis olmaq riski ilə üzləşir.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Seçilən
30
2
konkret.az

3Mənbələr