AZ

Hakim aranı qarışdırdı, kütləvi dava düşdü, 100-dən çox ölü var - FOTOLAR

Qvineyanın Nzerkore şəhərində keçirilən futbol matçında kütləvi dava düşüb.

Sportinfo.az xəbər verir ki, dava zamanı 100-dən çox insan həlak olub.

Bu barədə “France24” nəşrinə Qvineyada xəstəxanaların birində işləyən həkim məlumat verib.

Həmçinin bildirilib ki, insident 2021-ci ildə özünü Qvineya prezidenti elan edən Mamadi Dumbiyanın şərəfinə keçirilən turnirdə yaşanıb.

Adıçəkilən turnirdə çıxış edən iki komandanın azarkeşləri hakimin verdiyi qərara görə dava ediblər. Daha sonra kiçik insident böyüyüb. Nəticədə xeyli sayda adam yaralanıb, 100-dən çox ölü var.


Seçilən
42
sportinfo.az

1Mənbələr