ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp dekabrın 7-8-nə planlaşdırılan Notr-Dam kilsəsinin bərpadan sonra açılış mərasimində iştirak etmək üçün şənbə günü Parisə gedəcək.
Missiya.Az xəbər verir ki, bu barədə Tramp özünün “Truth” sosial media hesabında məlumat yayıb.
Bildirilir ki, Fransa paytaxtına səfər onun seçkilərdə qalib gəldikdən sonra ilk xarici səfəri olacaq.
“Bu möhtəşəm və tarixi binanı ziyarət etmək mənim üçün şərəf olacaq”, - deyə siyasətçi vurğulayıb.
Daşqın HəsənovMissiya.Az