Suriyada müxalifət Bəşər Əsəd rejiminə qarşı başlatdığı əməliyyatda ciddi nəticələr əldə edib.
News24.az xəbər verir ki, Hələb başda olmaqla bir çox kritik şəhəri ələ keçirən silahlı müxalifət irəliləyişlərini davam etdirir.
Müxalifət mənbələri Əsəd rejimi bölgəsindən olan yüksək rütbəli komandirlərin, mülki məmurların və siyasətçilərin onlarla əlaqə saxladığını və yaxın gələcəkdə böyük qırılmaların olacağını bildirib. Suriyadan olan bir rejim millət vəkili deyib ki, Bəəsin əsas kadrları Dəməşqi tərk edib. “Onlar rejimin gələcəyinə ümidlərini kəsdilər. Bütün variantlar müzakirə olunur. Bununla belə, ümidsizlik hər zamankindən daha böyükdür”, - deyə o bildirib.
Suriyalı araşdırmaçı Bəkir Atacan isə bildirib ki, Hələbin müxalifət tərəfindən geri alınması Suriyanın və hətta bütün Yaxın Şərqin bərabərliyinə dərindən təsir edib. “Heç bir şey bir daha əvvəlki kimi olmayacaq və Bəşər Əsədin və Baas rejiminin süqutu qaçılmazdır. Bu nöqtədə Türkiyə sahədəki hərbi proseslərdən çox siyasi alternativlər inkişaf etdirməli və bütün Suriyanı əhatə edəcək alternativ idarəetmə kadrları yaratmalıdır”, - deyə o qeyd edib.
Bəyanatla çıxış edən və təhlükəsizlik səbəbiylə adını açıqlamayan Suriya Xalq Məclisinin üzvü deyib ki, “Əsl mənada Hələb strateji əhəmiyyətinə və iqtisadi potensialına görə Dəməşqdən çox daha əhəmiyyətli bir əyalət idi”. “Hazırda Əsəd və Baas rejimi Dəməşqdə ilişib qalıb, bu məğlubiyyətdən çıxış yolu axtarır”, - deyə o bildirib.
O qeyd edib ki, Hələb sözün əsl mənasında domino effekti yaradıb. Dağıntıların ölçüləri genişdir. “Ordu, siyasət və bürokratiya qarışıqdır. Əsədin qurban verilməsi və müvəqqəti hökumətin qurulması da nəzərdən keçirilir. Federasiya modelindən əlavə, mərkəzi hökumətdən imtina edərək tək adamlıq strukturun dəyişdirilməsi və daha demokratik hökumətin qurulması düsturu da masadadır. İqtidarda olanların və rejimin əsas oyunçularının ümidləri çox zəifdir, bütün gücümüzü sərf etdik və Hama ələ keçirilsə, Əsəd bu kresloda bir saat belə qala bilməz. Bundan sonrakı müqavimət yolunu seçsələr də, öz aralarında qan töküləcək və dəyişiklik çox qanlı olacaq. Baas körpü idi, indi o körpü az qala dağılıb”, - deyə o əlavə edib.
Suriyalı ekspert Bəkir Atacan deyib ki, Hələbin bütünlüklə müxalifətin nəzarətinə keçməsi Əsəd üçün sonun başlanğıcı idi. “Baas və Əsədin süqutunu dayandırmaq mümkün deyil. Hazırda Dəməşqin Həsəkə, Rəqqa, Mənbic və Deyr əz-Zor kimi şərq oxu ilə əlaqəsi var. Böyük ölçüdə Dəməşqin Homs və Hama ilə əlaqə çətinləşib, İsrail, ABŞ, Körfəz və digər oyunçuların əllərində qaldı. Status-kvoya görə addımlar atılacaq. Ordu və siyasət də daxil olmaqla ciddi bölünmələr yaşayan Dəməşqin süqutu PKK terror təşkilatı və İsrail də daxil olmaqla, fərqli hesablamalara malik qruplar üçün bir fürsətə çevrilməməlidir. Əks halda, ölkə faciəvi şəkildə parçalanacaq. İsrailin çirkin idealları və PKK terror dəhlizi kimi təhlükələrə qarşı Türkiyənin rolu həlledici olacaq. Əks halda, İran yenidən müəyyənedici gücə çevrilmək üçün hesablamalar aparır. Onlar terrorçuları İraqdan Həmaya daşımağa başlayıblar. Rusiyanı və bir çox mərkəzləri hərəkətə keçirməyə çalışırlar. Ankaranın gecikmək kimi lüksü yoxdur”, - deyə o bildirib.
Aynurə