AZ

Əsədi devirirlər - Suriya parçalanma təhhlükəsi ilə üzləşib

Əsədi

Suriyada silahlı müxalifətin əməliyyatının təsirləri davam edir. Müxalifət mənbələribildirirlər ki, Bəşər Əsəd rejiminin yüksək rütbəli komandirləri, mülki bürokratları və siyasətçiləri onlarla əlaqə saxlayıb, yaxın gələcəkdə böyük siyasi qırılmaların olacağını deyiblər.

Reyting.az
xəbər verir ki, Suriyanın bəzi rəsmiləri ad çəkmədən hökumətin yıxıla biləcəyinə işarə ediblər.

Təhlükəsizliyə görə adının çəkilməsini istəməyən Suriya Xalq Məclisinin üzvü deyib:

“Hələb strateji əhəmiyyətinə və iqtisadi potensialına görə Dəməşqdən qat-qat əhəmiyyətli bir əyalət idi. Hazırda Əsəd Dəməşqdə ilişib qalıb, məğlubiyyətdən çıxış yolu axtarır. Hələb sözün əsl mənasında domino effekti verdi. Dağılmanın ölçüləri çox dərindir. Ordu, siyasət və bürokratiya təsirlənib. Əsədin qurban verilməsi, müvəqqəti hökumətin qurulması kimi imkanlar da nəzərdən keçirilir”.

Onun sözlərinə görə, federasiya düsturu ilə yanaşı, mərkəzi hakimiyyətdən imtina edərək daha demokratik hökumətin qurulması düsturu da masadadır:

“Son iki ildə Türkiyə ilə bir masa arxasında oturmamaq da təəssüflənmək üçün bir səbəbdir. Ankaranı danışıqlara razı salmaq üçün kimin vasitəçi olacağı ilə bağlı da müzakirələr gedir. Amma hakimiyyətdəkilərin və rejimin əsas aktorlarının ümidləri çox zəifdir. Bütün gücümüzü sərf etdik, lakin İdlibi ala bilmədik. Hələb indi bir xəyaldır. Həma yıxılsa, Əsəd bu kresloda bir saat belə qala bilməz. Bundan sonrakı müqavimət yolunu seçsələr də, öz aralarında qan töküləcək və dəyişiklik çox qanlı olacaq”.

Suriyalı ekspert Bəkir Atacan isə qeyd edib ki, müxalifətin bütün Hələb üzərində hökmranlığı Əsəd üçün sonun başlanğıcı idi:

“Hazırda Dəməşqin Həsəkə, Rəqqa, Mənbic və Deyr əz-Zor kimi şərq oxu ilə əlaqəsi böyük ölçüdə kəsilib. Homs və Həma arasında əlaqə çətinləşib. Onların əlində yalnız Tartus və Latakiya qaldı. İsrail, ABŞ, PKK, Körfəz və digər aktorlar bu dəyişikliyi mütləq görür, buna uyğun olaraq planlar qururlar. Hərəkətlər bu mərkəzlərdən ibarət status-kvoya uyğun gələcək. Bu nöqtədə Türkiyənin rolu həyati əhəmiyyət kəsb edir. Meydanda yuxarıdan aşağıya hər şey dəyişdi. Ankara mütləq siyasi təşəbbüs göstərməlidir - Dürzi, ismaili, kürd, türkmən, nusayri, ərəb və hətta digər azlıqların daxil olduğu hökumət strukturu yaratmalıdır. Bu hökumət beynəlxalq ictimaiyyətdə heç bir tərəddüd etmədən və idarəçilik böhranı baş verməmişdən əvvəl bütün Suriyanı təmsil edəcək şəkildə siyasi təmsilçilik əldə etməlidir”.

B. Atacan əlavə edib ki, hərbi və siyasətdə ciddi parçalanmalar yaşayan Dəməşqin süqutu PKK və İsrail də daxil olmaqla, fərqli hesablamalara malik qruplar üçün fürsətə çevrilməməlidir. Əks halda ölkə faciəvi şəkildə parçalanacaq.

Y. QACAR
Seçilən
7
reyting.az

1Mənbələr