AZ

Uğursuz plana 904 milyon dollar xərclənib - Britaniya ŞOKDA!

Image

Böyük Britaniyada qalmaqala səbəb olan məlumat yayılıb. Sən demə bu ölkənin səlahiyyətliləri qeyri-qanuni miqrantların Ruandaya deportasiyası üçün heç vaxt həyata keçirilməyən plana təxminən 904 milyon dollar xərcləyib. Bu barədə Britaniya hökumətinin saytında məlumat verilib. Məlumata görə, Böyük Britaniya Daxili İşlər Nazirliyi bu məbləği 2022-ci ilin aprelindən cari ilin iyununa qədər olan müddətdə xərcləyib.

O, qeyd edildiyi kimi, Ruandanın iqtisadi inkişafını, miqrantların qəbulu və yerləşdirilməsi prosesini dəstəkləmək, Ruandaya uçuşların təhlükəsizliyini təmin etmək və yerləşdirmə mərkəzlərini optimallaşdırmaq üçün nəzərdə tutulan pulları əhatə edir. Britaniya mediası afrtıq hökümətin bu uğursuz planı və xərclənən vəsaitlə bağlı sərt yazlar dərc etməyə başlayıblar. Britaniya mediası bu qədər vəsaitin havaya sovrulmasının konkret cinayət əməli olması barədə kəskin fikirlər səsləndiriblər.

Mətləb Salahov






Seçilən
10
baki-xeber.com

1Mənbələr