AZ

Volodin: Baydenin oğlunu əfv etməsi ABŞ prezident institutunun nüfuzuna zərbə vurub –ÖZƏL

ABŞ prezidenti Co Baydenin oğlu Hunter Baydeni əfv etməsi ABŞ-də prezident institutunun nüfuzuna böyük zərbə vurub. 

Olaylar.az xəbər verir ki, bu fikirləri Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin öz Telegram kanalında paylaşıb.

Volodinin sözlərinə görə, dünyada heç bir başqa ölkədə prezidentin ağır cinayətlərdə ittiham olunan öz övladını əfv etməsi mümkün deyil. "Bayden and içərək belə bir qərar verməyəcəyini söyləsə də, bu addımı ilə həm ABŞ vətəndaşlarının, həm də beynəlxalq ictimaiyyətin gözündə prezident hakimiyyətinin nüfuzuna ciddi ziyan vurdu. Onilliklər lazım olacaq ki, bu etimad bərpa olunsun," - deyə Volodin vurğulayıb.

Bayden qərarını elan edərkən ədalətə inandığını, lakin prosesə siyasətin təsir etdiyini və bunun məhkəmə səhvinə yol açdığını bildirmişdi. O, amerikalıların, ata və prezident olaraq belə bir addım atmasının səbəbini anlayacağına ümid etdiyini söyləyib.

ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Mayk Conson da Baydenin bu qərarının ölkədə ədalət sisteminə ciddi zərbə vurduğunu və ona olan inamı sarsıtdığını qeyd edib.

Bəzi mənbələrə görə, Baydenin bu addımının kökündə Ukrayna ilə bağlı iddiaları ört-basdır etmək dayanır. İddia olunur ki, prezident bu əfv qərarı ilə həm oğlunu, həm də özünü qorumağa çalışıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
14
olaylar.az

1Mənbələr