AZ

İşçi tapmayan bələdiyyə sədri: “Allaha dua edək az qar yağsın”

Yazını böyüt
Yazını kiçilt

Tatarıstanın Nijnekamsk şəhərinin meri Ramil Mullin şəhərdə qartəmizləyən işçilərin olmaması səbəbindən ictimaiyyəti “qarın mülayim yağması üçün” Allaha dua etməyə çağırıb.

Hafta.az-ın yazdığına görə, Mullin, "Hazırda şəhərin təmizliyində ehtiyac duyduğumuz işçi sayının yarısını qarşılaya bilmirik. Bazarda heç bir işçi yoxdur. Gəlin Allaha daha məqbul qar yağması üçün dua edək" deyib.

İnfrastruktur işçilərinin maaşlarının artırılmasını istədiyini, lakin bunun üçün büdcədə kifayət qədər vəsaitin olmadığını bildirən bələdiyyə sədri, “Gecə-gündüz soyuqda işləyən işçilərin maaşlarını artırmaq istərdim, amma büdcə buna imkan vermir”.

Oxşar problem Kalininqrad vilayətində də var. Kalininqrad qubernatoru Aleksey Besprozvannıx fövqəladə qar yağacağı təqdirdə yerli əhalinin müvəqqəti müqavilələrlə qar təmizlənməsinə cəlb edilməsini təklif etmişdi. Bununla belə, sektorda kadr çatışmazlığının əsas səbəbi kimi maaşların aşağı olduğu bildirilir. İş şəraitinin yaxşılaşdırılmasına ehtiyac olduğunu vurğulayan ekspertlər, immiqrantların daha gəlirli işlərə üz tutması ilə işçi çatışmazlığının daha da artdığını bildiriblər.

Seçilən
43
hafta.az

1Mənbələr