AZ

AMB rəsmisi: Bir neçə bank "açıq bankçılığ"a çıxmağa hazırdır

Azərbaycanda bir neçə bank "açıq bankçılığ"a çıxmağa hazırdır, digər banklar da yaxın vaxtlarda buna nail olacaq.

“İki sahil” xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Vüsal Xəlilov Bakıda keçirilən VIII Beynəlxalq Bankçılıq Forumunda bildirib.

"Açıq bankçılıq" və "açıq maliyyə təşəbbüsü" inklüziv, şəffaf və effektiv maliyyə eksisteminin yaradılmasını hədəfləyir. Bu yanaşma banklar, fintexlər və istehlakçılar üçün yeni imkanlar yaradır. Banklar üçün ilk növbədə yeni gəlir mənbələri, optimallaşdırılmış xidmətlər və təkmilləşdirilmiş müştəri təcrübəsi, fintexlər üçün banklarla əməkdaşlıq, qabaqcıl maliyyə həllərinə giriş imkanı, istehlakçılar üçün isə daha çox seçim, şəffaflıq və təhlükəsiz maliyyə həllərinə çıxış imkanı yaranır. Banklar bu imkanlardan ən çox yararlananlar sırasındadır. Onların texniki imkanları və potensialları daha genişdir. Artıq bir neçə bank tam şəkildə prodakşn mühitinə çıxmağa hazırdır. Digər banklar isə yaxın zamanda buna nail olacaqlar", - deyə o qeyd edib.

Bundan başqa, AMB rəsmisi deyib ki, yerli banklar "yaşıl İqtisadiyyat"a keçid üçün səylərini əsirgəməyəcək: "Banklar COP29 çərçivəsindfə 2030-qədər 2 milyard manatlıq maliyyə öhdəliyi qəbul edib".

Seçilən
19
8
ikisahil.az

9Mənbələr