AZ

Müxalifət daha 16 yaşayış məntəqəsini ələ keçirib - Foto

Müxalifət

Suriyada Bəşər Əsəd hökumətinə qarşı olan silahlı qruplar Hələb və İdlib vilayətlərinin ardınca irəliləyərək Həma vilayətində 16 yaşayış məntəqəsini nəzarətə götürüb.

Reyting.az
xəbər verir ki, 6 gündür Əsəd rejimi qüvvələri ilə vuruşan “Heyət Təhrir Şam”ın rəhbərlik etdiyi qruplar Həma əyaləti istiqamətində bəzi kiçik yaşayış məntəqələrini ələ keçirib.

Hələb şəhəri mərkəzinin böyük hissəsini və bütün İdlib vilayətini rejim güclərindən geri alan silahlı qruplar İdlibin cənubundakı rejimin nəzarətindəki Həmanı, Celime, Elzeka, Beridec, Cübbeyin, Tel Meleh qəsəbələrini də ələ keçirməyi bacarıb.

Silahlı qruplar Kırkat, Muğayyir, Məbtan, Tuveynə, Hüveyz, Şəriət və Bab Təkə kəndlərini öz nəzarəti altına alıb.

“Heyət Təhrir Şam”ın başçılıq etdiyi qruplaşmalar Həmanın şimalında Van Vastani, Madbaa, Ebru Seyf kəndləri və Suran bölgəsini də nəzarətə götürüb. Məlumata görə, bu silahlı qruplar Həma şəhər mərkəzi yaxınlığında İranın dəstəklədiyi qrupların qaldığı yeri də hədəf alıb.

Əsəd əleyhdarı silahlı qruplar qurduqları xüsusi birlik olan Şahin Briqadaları ilə Həma şəhərinin mərkəzi və ətrafına kamikadze dron hücumları da təşkil edir.

Qeyd edək ki, dekabrın 1-də Azad Suriya Ordusunun (ASO) Hələb çölündə terror təşkilatı PKK/YPG-yə qarşı başlatdığı “Azadlıq Şəfəqi” əməliyyatı zamanı Tel Rıfat rayon mərkəzi xilas edilib.



ELÇİN
Seçilən
16
reyting.az

1Mənbələr