AZ

Rütte: “Ukrayna üçün əlverişsiz sülh ABŞ və Avropa üçün təhlükə yarada bilər” – ÖZƏL

NATO-nun baş katibi Mark Rütte ABŞ-nin 47-ci prezidenti Donald Trampı xəbərdar edərək bildirib ki, əgər Kiyevi Rusiya üçün əlverişli şərtlərlə sülh müqaviləsi imzalamağa məcbur etsələr, Amerika Çin, İran və Şimali Koreyadan ciddi təhlükə ilə üzləşə bilər.

Olaylar.az xəbər verir ki, o, Financial Times qəzetinə müsahibə verib. 

"Biz Kim Çen In, Rusiya lideri və Si Cinpin ilə İran arasında əl sıxıldığı bir vəziyyəti qəbul edə bilmərik, çünki bu, uzunmüddətli perspektivdə yalnız Avropa üçün deyil, ABŞ üçün də ciddi təhlükə yaradacaq," - deyə Rütte vurğulayıb.

Rütte ABŞ-nin növbəti prezidentini Kiyevə dəstəyi davam etdirməyə və NATO üzvlüyünü qorumağa çağırıb. Moskvanın Şimali Koreyaya yeni raketlər tədarük etməsi və İrana maliyyə dəstəyi göstərməsi risklərinin ciddi olduğunu qeyd edib.

Məlumata görə, Rütte bu məsələləri noyabr ayının sonunda Floridada Donald Tramp ilə keçirilən görüş zamanı birbaşa müzakirə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
5
olaylar.az

1Mənbələr