"Təhsildə yeni qiymətləndirmə alətlərindən istifadə etməliyik. Əgər bu baş verməyəcəksə, gənclərimizin əmək bazarında işi çətinləşəcək".
APA xəbər verir ki, bunu SABAH qruplarının 10 illik yubileyinə həsr olunan Tələbə-Məzun Forumu və Karyera sərgisində elm və təhsil nazirinin müavini İdris İsayev deyib.
O bildirib ki, işəgötürənlər fərqli bacarıqlar tələb edirsə, onlar da bu prosesdə iştirak etməlidirlər.