Gürcüstanın Çexiyadakı fövqaladə və səlahiyyətli səfiri Tea Maisuradze istefa verib.
Missiya.Az “Aktual.ge”yə istinadən xəbər verir ki, diplomat bu barədə özünün sosial şəbəkə hesabında məlumat yayıb.
"Mən istefa ərizəsini yazdım. 2 il ölkəmin milli maraqlarına xidmət etmək böyük şərəf idi. Mən Gürcüstanın Avropa gələcəyinə sadiq qalıram!”, - deyə siyasətçi vurğulayıb.
Xatırladaq ki, 28 noyabrda Gürcüstanın Baş naziri İrakli Kobaxidze bəyan edib ki, hökumətin qərarına əsasən, ölkə 2028-ci ilin sonuna qədər Avropa İttifaqı ilə danışıqlara başlamayacaq və bu müddət ərzində heç bir büdcə qrantı qəbul etməyəcək. Bundan sonra Gürcüstanın ABŞ-dəki səfiri David Zalkaliani və digər bir sıra diplomatlar vəzifələrindən etiraz olaraq istefa veriblər.
Daşqın HəsənovMissiya.Az