AZ

Hibrid müharibənin NÖVBƏTİ HƏDƏFİ – Ukraynadan sonra sıra GÜRCÜSTANDADIR

Ukrayna-Rusiya savaşının gərginliyinin artması ilə paralel olaraq, daha bir bölgə daxili münaqişə məkanına çevrildi. Bu dəfə Qərbin hədəfi Gürcüstandır.

Onu qaynar nöqtəyə çevirməyə çalışan kənar qüvvələr bu ölkədə nəinki seçkilərin nəticələrinə müdaxilə edir, hətta demokratik yolla seçilmiş hökumətə qarşı hidrid müharibə aparırlar.

Xüsusilə də, QHT-lərdən bu işdə aktiv istifadə olunur. Belə ki, Qərbin QHT maliyyələşdirmə mexanizmi vasitəsilə dövlət içərisində öz dayaqlarını qurması və öz gündəliyini qəbul etdirmək planı hadisələrin vətəndaş qarşıdurması həddinə qədər gəlib çıxmasına səbəb olub.

Bu məsələdə Avropa İttifaqınının məqsədi nədir? Bu müdaxilə gürcü xalqı üçün hansı mənfi nəticələrə səbəb ola bilər?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan politoloq İlqar Vəlizadənin firkincə, Avropa İttifaqının əsas məqsədi Gürcüstanı öz çevrəsində saxlamat və oradakı siyasi prosesləri idarə etməkdir:

“Ümumiyyətlə, Avropa İttifaqı üçün Cənubu Qafqaz xüsusi önəm kəsb edir. Bu qurum Cənubi Qafqaz ölkələrinə nüfuz etməklə çalışır ki, Rusiya ,Türkiyə, İranla, eyni zamanda Mərkəzi Asiya ölkələri ilə Xəzər dənizi vasitəsilə həmsərhəd olan bu strateji regionda aparıcı rollardan birini oynasın. Son zamanlar Ermənistanla da ciddi yaxınlaşma müşahidə olunur. Onlar Gürcüstan vasitəsilə bu prosesi daha da intensiv etmək niyyətindədirlər”. 

Politoloqun sözlərinə görə, Gürcüstan Cənubi Qafqazda yeganə ölkədir ki, Qara dəniz hövzəsi ilə Avropa İttifaqına bağlıdır. Ona görə də Qərbin buradakı proseslərə müdaxilələri açıq sezilir:

“Bu müdaxilələrin əsas məqsədi Gürcüstanda Avropa İttifaqına uyğun loyal siyasətçiləri hakimiyyəti gətirməkdir və proseslərin başında dayanmaqdır. Son vaxtlar Aİ bu istiqamətdə xüsusilə fəallaşıb. Avropa Parlamenti daxili siyasi vəziyyəti şiddətləndirən qərarlar çıxarır. Ona görə də düşünürəm ki, bu müdaxilələr davam edəcək. Hazırkı hakimiyyət isə çalışmalıdır ki, öz kursundan dönməsin, ya da siyasi səhnədən çıxmasın”.

Xatırladaq ki, Gürcüstanda Baş nazir İrakli Kobaxidzenin parlamentdə səsləndirdiyi “Ölkədə sülhü qorumaq və ərazi bütövlüyünü yalnız sülh yolu ilə bərpa etmək üçün biz Rusiyaya qarşı praqmatik siyasəti davam etdirəcəyik” fikirlərindən və hakim partiyanın respublikanın Avropa İttifaqına (Aİ) inteqrasiya prosesini müvəqqəti dayandırmaq qərarından sonra kütləvi etiraz aksiyaları başlayıb.

Rəna Cumaqızı, Bizim.Media

Seçilən
22
bizim.media

1Mənbələr