AZ

Kiyev 2025-ci ildə müharibə üçün Qərbdən 120 milyard dollar istəyib - ANSA

Ukrayna Qərb müttəfiqlərinə 2025-ci ildə hərbi əməliyyatları davam etdirmək üçün ən azı 120 milyard dollara ehtiyacı olduğunu bildirib.

Ucnoqta.az xəbər verir ki, məlumatlı NATO hərbi mənbəsinin ANSA-ya verdiyi məlumata görə, bu, Vaşinqtonda alyansın sammitində razılaşdırılan 40 milyard avrodan qat-qat çoxdur.

Onun sözlərinə görə, bu məsələ çərşənbə axşamı Brüsseldə Ukrayna xarici işlər nazirinin iştirakı ilə keçiriləcək Ukrayna-NATO Şurasının növbəti iclasında qaldırıla bilər.
 Mənbə onu da qeyd edib ki, Kiyevin “Yeddilik Qrupu” ölkələrinin dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəlirdən ayırmağa razılaşdığı 50 milyard dolları nəzərə alıb-almadığı hələlik bəlli deyil.

O, həmçinin qeyd edib ki, Ukrayna yaxın günlərdə rəsmi olaraq NATO-ya heç bir rəsmi dəvət almayacaq, çünki XİN rəhbərləri dövlət və hökumət başçıları səviyyəsində qərar qəbul edilməmişdən əvvəl bunu tövsiyə edə bilməzlər.///tass

O bildirib ki, Ukraynaya qoşun yeritmək məsələsi NATO çərçivəsində müzakirə olunmur.

Seçilən
37
ucnoqta.az

1Mənbələr