Türkiyə Azərbaycana yeni səfir təyin edib.
“Qafqazinfo” “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə məlumatı Türkiyənin xarici işlər naziri Hakan Fidan açıqlayıb.
Belə ki, bu vəzifəyə Türkiyə Maarif Vəqfinin sədri Birol Akgünün təyin edilməsinə qərar verilib.
O bu vəzifədə Cahit Bağcını əvəz edəcək.