AZ

Pentaqon: ABŞ Suriyadakı baş verənlərə görə güc balansını dəyişmir...

Vaşinqton administrasiyası Suriyada baş verənlərə görə, Amerika qüvvələrinin mövqelərinin dəyişdirilməsinə ehtiyac görmür...

Poliqon xəbər verir ki, bu barədə jurnalistlər üçün keçirdiyi brifinqdə Pentaqonun mətbuat katibi Patrik Rayder bildirib.

Rayder Amerika tərəfinin atdığı addımlar barədə suala “Bildiyim qədər heç bir dəyişiklik yoxdur” deyə cavab verib.

Pentaqon rəsmisi bəyan edib ki, təxminən 900 ABŞ əsgəri İslam Dövləti terror qruplaşmasına qalib gəlmək missiyasını dəstəkləmək üçün Suriyada yerləşdirilib və bu missiya hələ də öz fəaliyyətini davam etdirir.

“Bu qüvvələr əsasən Suriyanın şərqində və ya şimal-şərqində yerləşirlər və bir müddətdir oradadırlar. ABŞ qüvvələri Hələb və Həma yaxınlığındakı Suriyanın şimal-qərbində baş verənlərə yaxın deyil”, deyən Rayder vurğulayıb ki, ABŞ baş verənləri yaxından izləməkdədir.

Poliqon.info

Seçilən
9
poliqon.info

1Mənbələr