AZ

Mustafa Aydın: “Rəqəmsallaşma Azərbaycan-Türkiyə əməkdaşlığını daha da irəli aparmaq potensialına malikdir”

Rəqəmsallaşma sahəsi Azərbaycan və Türkiyə arasındakı əməkdaşlığı daha da inkişaf etdirmək potensialına malikdir.

"Report" xəbər verir ki, bunu Türkiyənin Bank Tənzimləmə və Nəzarət Agentliyinin (Bankacılık Düzenleme ve Denetleme Kurumu - BDDK) sədr müavini Mustafa Aydın Bakıda keçirilən VIII Beynəlxalq Bankçılıq Forumunda bildirib.

Onun sözlərinə görə, rəqəmsal bankçılıq və ödəniş sistemlərinin modernləşdirilməsi təkcə iqtisadi böyüməni dəstəkləmir, həm də vətəndaşların maliyyə xidmətlərinə daha asan çıxışını və iqtisadi müstəqilliklərini təmin edir: “ Bu, maliyyə azadlığının ən vacib təməl daşlarından biridir. İki ölkənin bu sahədəki ortaq layihələri və əməkdaşlıqları həm regional rəqabət gücünü artıracaq, həm də beynəlxalq bazarda mühüm yer əldə etməsini təmin edəcək".

M.Aydın vurğulayıb ki, rəqəmsal ödəniş sistemlərinin elektron ticarət sahələrinə keçməsi, bu ekosistemlərin təhlükəsizliyini təmin etmək üçün yeni ehtiyaclar yaradır: "Azərbaycanın sürətlə böyüyən rəqəmsal bankçılıq və finteks ekosistemi, Türkiyənin illərdir davam edən təcrübələri ilə birləşdikdə regional liderlik üçün güclü bir sinergiya yaradacaq. Bu tərəfdaşlıq təkcə bank sektoruna deyil, eyni zamanda istehlakçılara, yerli müəssisələrə və sahibkarlara da fayda verəcək. Ödəniş sistemlərinin böyüməsi və təhlükəsizliyinin təmin edilməsi, iqtisadi sabitliyin və investorların marağının artmasına əhəmiyyətli dərəcədə töhfə verəcək".

Seçilən
7
1
report.az

2Mənbələr