Sabah Sabunçu rayonu ərazisində suyun verilməsində fasilə yaranacaq.
Demokrat.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat verib.
Belə ki, ərazinin bir hissəsini içməli su ilə qidalandıran boruda təmir işləri aparılacaq.