Bakı. Trend:
Azərbaycan rəqəmsallaşma və fintex ekosisteminin inkişafısahəsində böyük potensiala malikdir.
Trend xəbər verir ki, bubarədə Türkiyənin Bank Nəzarəti və Tənzimlənməsi İdarəsinin sədrmüavini Mustafa Aydın VIII Beynəlxalq Bankçılıq Forumu çərçivəsindəbildirib.
“Güclü iqtisadi struktur və innovasiyalara açıqlıq banksektorunda regional liderlik üçün imkanlar yaradır. Azərbaycanınrəqəmsal bankçılıq sahəsində atdığı addımlar təkcə daxili bazardadeyil, beynəlxalq səviyyədə də diqqət çəkir. Rəqəmsal ödənişsistemlərinin və təhlükəsiz maliyyə xidmətlərinin iqtisadi inkişafvə maliyyə azadlığı baxımından önəmi aydındır.
Türkiyə ilə Azərbaycan arasında bu sahədə əməkdaşlıq, o cümlədənbirgə layihələr və bilik mübadiləsi, hər iki ölkənin bankçılıq vəfintex sahəsindəki mövqeyini gücləndirə bilər. Türkiyənin ödənişsistemləri və rəqəmsal bankçılıq sahəsində təcrübəsi, güclütənzimləyici baza və innovativ həllərlə dəstəklənərək, Azərbaycanüçün nümunə ola bilər”, - deyə M.Aydın bildirib.