AZ

ABŞ və Rusiya arasında razılaşma: Əlaqə kanalı işə salındı

ABŞ ordusu Suriyada Rusiya ilə əlaqə kanalını aktivləşdirib.

Teleqraf.com xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibi Patrik Rayder bildirib.

“Birgə Operativ Qərargah komandiri Suriyadakı qüvvələrimizin coğrafi baxımdan bir-birinə kifayət qədər yaxın fəaliyyət göstərdiyini nəzərə alaraq, açıq əlaqə kanalına əmin olmaq üçün Rusiya ilə qaynar xəttdən istifadə edir.

Təmaslar barədə təfərrüatı açıqlamayacağam, sadəcə, qeyd edim ki, mümkün səhv hesablamaların qarşısını almaq üçün əlaqə mexanizmimiz var. Vəziyyəti izləməyə davam etdikcə, regionun digər ölkələri ilə əlaqə saxlamağa davam edəcəyik”, - deyə ABŞ rəsmisi söyləyib.


Müəllif: Mənsur Rəğbətoğlu
Seçilən
10
teleqraf.com

1Mənbələr