Kurban Berdiyev «Turan Tovuz»da yenə ab-havanı gərginləşdirib. Gəldiyi gündən rəhbərliyə öz iradəsini qəbul etdirən baş məşqçi bu dəfə Yunis Hüseynovu hədəf alıb. Rusiyalı çalışdırıcı yaxınlarda özünə köməkçi götürdüyü Hüseynovdan şikayətçi düşüb. 72 yaşlı sükançı yerli yardımçısının komandaya münasibətindən deyil. Berdiyev bildirib ki, Hüseynov özünü gündəlik iş rejimində çox sakit aparır, məşqlərdə aktiv iştirak etmir, üstəlik, futbolçularla yaxından ünsiyyət qurmur.
SPORTİNFO.AZ