AZ

Əlilliyi olan şəxslərin inklüziv cəmiyyətə qoşulması üçün bütün tədbirlər görülür - Davud Rəhimli

Bakı. Trend:

Bakıda Beynəlxalq Əlilliyi olan Şəxslər Gününə həsr olunmuş"Əlilliyi olan Şəxslərin İştirakı ilə İqlim HəllərininTəkmilləşdirilməsi" mövzusunda tədbir keçirilir.

Trend xəbərverir ki, Əlillər Təşkilatları İttifaqının sədri Davud Rəhimlitədbirdə çıxış edərək bildirib ki, əlilliyi olan şəxslərinhüquqlarını, rifahını cəmiyyətin və inkişafın bütün sahələrindətəşkil etmək məqsədi ilə hər il 3 dekabr tarixində BeynəlxalqƏlilliyi olan Şəxslər Günü qeyd olunur.

O qeyd edib ki, 1992-ci ildə Birləşmiş Millətlər Təşkilatıtərəfindən təsis edilən bu gün, əlilliyi olan şəxslərin həyatına,hüquqlarına təsir edən əsas problemləri aradan qaldırmaq üçündəstək toplamaq və marifləndirmə səhərlərini artırmağıhədəfləyir.

"Azərbaycanda da bu gün 1994-cü ildən qeyd olunur və hər ilsistematik olaraq müxtəlif dövlət qurumları, beynəlxalq təşkilatlarvə eyni zamanda əlilliyi olan şəxslərin iştirakı ilə qeyri-hükməttəşkilatları tərəfindən məyyən tədbirlər keçirilir.

Çox yaxın bir neçə həftə bundan qabaq Azərbaycan BMT-nin İqlimDəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının29-cu sessiyası (COP29) keçirildi. COP29 zamanı da əlilliyi olanşəxslərlə bağlı fəaliyyət göstərən təşkilatlar aktiv fəaliyyətgöstəriblər. COP gündəliyinə əlillik mövzusunun salınması mühümməsələ idi, əminik ki, növbəti COP-larda da bu mövzu aktual olaraqqalacaq. COP29 inklüzivlik baxımından da çox mühüm tədbir oldu",-deyə o əlavə edib.

Seçilən
18
1
az.trend.az

2Mənbələr