Bakı. Trend:
Azərbaycanın 2024–2026-cı illər üçün maliyyə sektorunun inkişafstrategiyasının nəticələri və onun bazara təsiri yaxın gələcəkdəhiss olunacaq.
Trend xəbər verir ki, bubarədə Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru VüsalXəlilov VIII Beynəlxalq Bankçılıq Forumu çərçivəsində bildirib.
“Ümumiyyətlə, artıq 2024–2026-cı illər strateji dövrünün ilkilinin sonuna yaxınlaşırıq və bu ilin sonunda ətraflı məlumattəqdim olunacaq. Qısa olaraq qeyd edə bilərəm ki, nəticələri yüksəkqiymətləndirirəm, çünki yalnız Mərkəzi Bankın komandası deyil,sektorun bütün qurumları bu işə töhfə verir.
Xüsusi olaraq vurğulamaq istədiyim məqam strategiyanın konkrethədəf və səmərəlilik göstəricilərinin (KPI) olmasıdır. Bəziistiqamətlərdə bu hədəflərə çatdığımızı artıq görürük. Digərtapşırıqlar üzrə işlər davam edir, lakin onların effekti dərhalkonkret rəqəmlərdə özünü göstərməyəcək. Bu dəyişikliklərin sektoratəsir etməsi və uyğunlaşma üçün müəyyən vaxt tələb olunacaq.Mərkəzi Bank tərəfindən strategiyanın icrası üçün ayrılan resurslarməhz investisiya xarakteri daşıyır. İstər risk yönümlü nəzarətçərçivəsində yeni hesabatlara keçid, istər açıq bankçılıqxidmətləri ilə bağlı işlər, istərsə də gələn il IT idarəetməqaydaları ilə birlikdə açıqlanacaq kibertəhlükəsizlik qaydaları butədbirlərin hamısı sektorun dayanıqlı inkişafına yönəlib.
Burada yatırılan resursları investisiya kimi dəyərləndirmək çoxvacibdir. Buna görə də cari mərhələni yüksək qiymətləndiririk vəümid edirik ki, strategiyanın nəticələri və bazara təsiri yaxıngələcəkdə hiss olunacaq”, - deyə V.Xəlilov vurğulayıb.