AZ

Türkiyədə inflyasiya daha da düşüb

Türkiyədə Noyabr ayı inflyasiya məlumatları açıqlanıb.

Marja.az xəbər verir ki, Türkiyə Statistika Təşkilatının (TÜİK) məlumatlarına görə, istehlak qiymətləri indeksi (inflyasiya göstəricisi) noyabr ayında oktyabr ayı ilə müqayisədə 2,24%, 2023-cü ilin noyabr ayı ilə müqayisədə isə illik 47,09% artıb.  

Türkiyədə illik inflyasiya oktyabrda aylıq 2,88%, illik 48,58% təşkil etmişdi. Beləliklə, ölkədə aylıq və illik inflyasiyalar geriləyib.

Aylıq müqayisədə ən böyük orta qiymət artımı 5,10% ilə qida və spirtsiz içkilərdə olub. 

Qiymət artımı əyləncə və mədəniyyətdə 2,88 faiz, məişət əşyalarında 2,81 faiz, səhiyyədə 2,69 faiz, mənzildə 2,40 faiz, rabitədə 1,88 faiz, müxtəlif mal və xidmətlərdə 1,29 faiz, restoran və otellərdə 0,29 faiz, nəqliyyatda 0,01 faiz olub. 

Qiymətlərin azaldığı baş verən iki qrup 0,04 faizlə spirtli içkilər və tütün, 0,25 faizlə geyim və ayaqqabı olub.

Mərkəzi Bankın ilin sonuna inflyasiya proqnozu 44 faizdir

Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının (TCMB) ilin son inflyasiya hesabatında orta inflyasiya proqnozunu 38 faizdən 44 faizə yüksəldib.

TCMB-nin 2025-ci ilin sonu üçün inflyasiya proqnozunu 7 bənd artaraq 21 faizə yüksəldib, 2026-cı ilin sonu üçün proqnoz 12 faiz səviyyəsindədir.

Seçilən
33
marja.az

1Mənbələr