AZ

Bolşeviklərin Azərbaycandakı qurbanları

Elşən Mirişli
Gəncə şəhəri, tarixçi

VIII Yazı

1920-ci ilin avqust və sentyabr aylarınınQuba üsyanı

1920-ci ildə Quba qəzasının Kuzun kəndində Sovet Rusiyasının 27 aprelişğalına qarşı başlanmış xalq üsyanı 3 həftəyə yaxın davam etmişdi. Üsyana Azərbaycanın şimal bölgəsində Azərbaycan Milli Ordusunun təsisçiərindən biri; Azərbaycan Xalq Cümhuriyyəti Məclis-i Məbusanının üzvü Həmdulla əfəndi Əfəndizadə, qaçaq Mayılvə Azərbaycan Xalq Cümhuriyyəti ordusunun zabiti SəttarƏfəndiyev rəhbərlikedirdilər. Üsyanın lideriHəmdullaəfəndi Əfəndizadə rus və ermənilərin 1918-ci ildə Azərbaycan türklərinə qarşı həyata keçirdiyi soyqırım zamanı bu vəhşiliklərin qarşısını almaqda xüsusi xidmətlər göstərən şəxslərdən olub. O, Quba qəza komissarı Əli bəy Zizikskinin komandanlığı altında soyqırım törədənlərə qarşı təşkil olunan mübarizə dəstələrində vuruşub.1918-ci ilin aprelində Dəvəçi nahiyəsinə soxulmuş erməni daşnakları Azərbaycan türklərinə qarşı soyqırıma başladıqda,Həmdulla Əfəndi Qaçaq Mayılla birlikdə xalqı ayağa qadıraraq ermənilərə qarşı vuruşmuşdur. 1918-ci il “Qanlı Dərə” döyüşündə Həmdulla əfəndinin hərbi məharət və cəsarəti sayəsində düşmən darmadağın edilmişdir.

Şirvan Savaşı

1920-ci il aprelin 27-də rusların zirehli qatarı Azərbaycana soxulduqda, Həmdulla əfəndi Əfəndizadə öz tərəfdarları ilə birlikdə Şabran rayonu Sarvanstansiyasında zirehli qatarın qarşısını kəsmiş, relslərin sökülməsi, barikadaların qurulmasının tapşırığını vermişdir. Lakin zirehli qatarı XI Qızıl Ordunun süvari diviziyaları müşayət etdiyindən qüvvələr qeyri-bərabər olduğundan geri çəkilməyə məcbur olmuşdur. Ümumiyyətlə, Həmdulla əfəndi, 18-ci illərdə David Gelovaninin, Amazapsın, Martıkyanın, Çurayevin, Abraab Velnutsun, 20-ci illərdə isə İ. Miluninin, Moravskinin, Şalomovun, Molonovun, Moyerin orduları iə dəfələrlə üz-üzə gəlmiş, Şamaxıda soyqırım törədənLalayanı şəxsən öldürmüşdür.

Quba Kuzun Olayları

1920-ci il avqustun 23-də Quba qəzasında Kuzun kəndinin əhalisi siahlı üsyan qaldırdı. Onlar kənddə iki nəfər milisi öldürdülər və yeni hakimiyyətə itaətzizliklərini bəyan etdilər. Üsyanın yatırılması üçün Vartazar ləqəbli Əliheydər Qarayev və Levan Qoqobeidze bölgəyə ezam olunurlar. Üsyançıların qarşısına Kuzun kəndinəXI Qızıl Ordutərkibindəki 4-cü süvari alayından 45 nəfərlik (30 nəfər süvari,15 nəfər piyada) dəstə göndərdi. Lakin dəstə üsyanı yatıra bilmədi və çoxlu itki verdi. Dəstədən yalnız 6 nəfər qaçaraqölümdənxilas oldu. Qubanın hərbi komissarı Kuzun kəndində işğal hakimiyyətinin bərpa olunması üçünbir taqım və pulemyotçu göndərdi.Avqustun 26-da Kuzun kəndinin üsyançıları ilə Qızıl Ordu qüvvələri arasında yeni döyüş oldu. Kənd əhalisi bu dəfə dəişğal qüvvələrinə ciddi müqavimət göstərdi.

Avqustun 29-da Qubanın 4 verstliyində Qızıl Ordu qüvvələri ilə üsyançılar arasında yeni savaş baş verdi.100 nəfərlik rus əsgəri birliyi xeyli itki verdi. Avqust ayının sonu və sentyabrın əvvəllərində üsyançıların silahlı dəstəsi artıq formalaşmışdı. Azərbaycan Xalq Cümhuriyyəti Milli Ordusunun podpolkovnikiSəttar Əfəndiyevin rəhbərlik etdiyi dəstədə türk zabitləri də vardı. Üsyançılar xeyli pulemyot və tüfəng əldə etmişdilər. Sentyabrın 3-də səhər saat 7-də üsyançılar Dəvəçi-Xaçmaz üzərinə hücum etdilər. Onların qarşısına Qızıl Ordunun 7-ci süvari dəstəsi çıxarıldı. Gərgin döyüşlərdən sonrarus əsgərləri döyüşmövqelərini qoruyub saxlaya bildilər.Bununla belə, onlardan 4 nəfər öldürüldü və 4 ədəd “Lyuis” pulemyotu alındı.Xaçmaz yaxınlığında bolşeviklərin zirehli qatarı da dayanmışdı.Bu da onların imkanını artırırdı. Üsyançılar elə mövqelərdə yerləşmişdilər ki, zirehli qatardakı topların atəşi onlara çatmırdı. Kəşfiyyat məlumatlarından məlum olmuşdu ki, Çərxi stansiyası ətrafında da yeni rejimlə razılaşmayan yerli əhalinin silahlı dəstəsi təşkil edilmişdir.

Quba ərazisində mövcud olan bu güclü müqavimət hərəkatına Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin deputatı olmuş Həmdullaəfəndi Əfəndizadə rəhbərlik edirdi. Onun qardaşı Şəmsəddin Əfəndi,türk zabiti İsmayıl Əli Əfəndi, milli ordunun zabitləri Səttar Əfəndiyev ilə Şükürbəy də üsyana başçılıq eüdirdilər. Qubaərazisində Kuzun kəndindən başqaqəzanın böyük hissəsi üsyançıların nəzarəti altına keçdi.Bura çoxlu kənd və ərazi daxil idi. Üsyançıların sayı 5000-6000 nəfərə çatırdı.

Sovet rejimi üçün təhlükəli xarakter alan bu üsyanlar Azərbaycan Kommunist Partiyasının 1920-ci il sentyabrın 9-da keçirilən plenimunda ciddi müzakirə edilmişdi. Plenum Quba üsyanını yatırmaq üçün Əliheydər Qarayev Levan Qoqoberidzeni ora ezam etmək Qəzənfər Musabəyovu isə Quba qəzasının fövqəladə komissarı təyin etməkbarədə qərar qənul etdi.

Üsyanı yatırmaq üçün qəzanın fövqəladə komissarı Qəzənfər Musabəyov 1920-ci il sentyabrın 11-də Quba əhalisinə müraciət etdi. Bu müraciətdə Həmdulla Əfəndinin və Qaçaq Mailin rəhbərlyi altında qəzasa baş qaldıran üsyan haqqında,onun yatırılması haqqında məlumat verilirdi. Üsyanın daha da genişlənməsinə yol verməmək üçün Qəzənfər Musabəyov sovet hakimiyyəti adından üsyanda iştirak edən əhaliyə amnistiya elan edir və qəza əhalisinə silahlarınıXI Qızıl Orduya təhvil verməyə çağırırdı.Bundan başqa o həm də onu bildirirdi ki, sovet hakimiyyətinə qarşı yeni üsyan qaldırmaq cəhdi amasızca yatırılacaqdır. Azərbaycan Xalq Cümhuriyyəti zamanı Denikin təhlükəsi və şimaldan gələn bolşevik təhlükəsinəqarşıQuba qəzası və Dəvəçi –Xaçmaz əhalisi partizan hərəkatı aparmaq üçün silahlandırılmışdı. Əllərdə saxlanılan silahların toplanması və yeni üsyanların qarşısının alınması üçünQubadakı sovet hakimiyyəti nümayəndələri iləbirlikdə XI Qızıl Ordu nümayəndələri də Quba əhalisinə müraciət etdi.Bu müraciətdə də əhalinibolşevik qüvvələrinə qarşı aparılan təbliğata inanmamağa,sovet hakimiyyətinə qarşı mövqe tutmuş bəylərə və xanlara qoşulmamağa, əllərindəki silahları hakimiyyət nümayəndələrinə təhvil verməyə çağırırdı.

5-6 min nəfərin iştirak etdiyi Quba üsyanı sentyabr ayında amansızlıqla yatırıldı. Üsyanı yatırmaq üçün bölgəyə ezam olunmuş Əliheydər Qarayev və LevanQoqoberidzenin rəhbərlik etdiyi əməliyyatlarda 400-500 kəndli öldürüldü.Bəzi kəndlər top mərmilərinin atəşlərindən alışıb yandı. Çətinliklə yatırılan bu üsyandan sonra Quba üsyançılarının böyük silahlı dəstələrindən birinin rəhbəri Həmdulla əfəndi Şamaxı ilə sərhəd olan yüksək dağ kəndlərinə çəkildi. Üsyançı kəndlər isəSovet RusiyasınınXIQızıl Ordusunun nəzarəti altına keçdi.

Muğan Üsyanı

1920-ci il 27 apreldə Azərbaycan Xalq Cümhuriyyətinin Sovet Rusiyasının XI Qızıl Ordusu tərəfindən işğalındansonra işğala qarşı savaşanböyük üsyançı dəstələrdən biri də Muğanda formalaşmışdı. 1920-ci il avqustun sonundan başlayaraq bu dəstənin fəaliyyəti bölgənin bir çox kəndlərində sovet hakimiyyəti orqanlarının devrilməsi ilə başa çatdı. Qızıl Ordu qüvvələri Qaradonlu ətrafında üsyançı dəstəni məhv etməyə cəhd göstərsə də,bu cəhd nəticəsiz qaldı. Qaradonlu ətrafında 7 kənd də üsyançılara qoşuldu.Bu kəndlərin birləşmiş silahlı dəstəsinə Sarıxan rəhbərlik edirdi. Həmin dəstə xeyli gücə malik idi. Cavad qəzası İnqilab Komitəsinin sədri Baxtamov Bakıya göndərdiyi raportlarında israrla əlavə kömək göndərilməsini xahiş edirdi. Sarıxanın 4 minlik dəstəsinin qarşısını almaq üçün qəzada kifayət qədər qüvvə yox idi. Üsyançı dəstə yerlərdəki Qızıl Ordu qüvvələrinin müqavimətini qıraraq, sentyabrın 21-də qəzanın daha bir neçə kəndini qırmızılardan təmizlədi. Kəndlərdə olan milislər də üsyançıların tərəfinə keçdilər. Qəza rəisi sentyabrın sonlarına aid raportlarının birində sovet hakimiyyətinin qəzadakı mövqeyinin getdikcə mürəkkəbləşdiyini və yaxın vaxtlarda təcili tədbirlər görülməzsə, Salyana qədər olan ərazilərin üsyançıların nəzarəti altına keçəcəyini bildirdi. Qəza rəisi sovet hakimiyyətinin möhkəmləndirilməsinin yeganə yolunu XI Qızıl Orduya mənsub silahlı qüvvələrin hamısının Sarıxana qarşı göndərilməsində görürdü. Çünki bölgədəki Azərbaycan Sovet Sosialist Respublikasına məxsus az saylı hərbi qüvvənin əsgər və komandirləri xalqla bir olduğundan üsyançılara qarşı çıxış etmirdilər. XI Qızıl Ordu ilə savaşa girən Sarıxanın qüvvələri sayca az olduğu üçün döyüşdən sağ çıxan dəstə üzvləri ilə Qacar Dövləti ərazisinə keçmişdi.1920-ci ilin aprel ayının 28-dən 1921-ci ilin avqustunaqədər Azərbaycanda120 minnəfər Qızıl Ordu terrorunun qurbanı olaraq öldürülmüşdü.

Bolşeviklərin Azərbaycan Xalq Cümhuriyyətini işğalından sonra əhalinin vəziyyəti

Bu bir həqiqətdir ki, Azərbaycan Cümhuriyyəti 1918-ci il 28 mayda yaranana qədərAzərbaycan türkləriniQərb dünyasında heç kim tanımır, onların etnoqrafiyası, tarixi, ədəbiyyatı, həyat tərzləri dərin tədqiqatınpredmeti olmayıb. Buna səbəb yüz il Azərbaycan Xalq Cümhuriyyəti elan olunana qədər davam edən rusişğal rejimi olmuşdur. Həmin rejim hər vasitə iləAzərbaycan türklərini ruslaşdırmağa, onun milli xarakterini sıxışdırıb çıxarmağa çalışırdı.

Bundan əlavə, Quzey Azərbaycan türklərinin səciyyəvi xüsusiyyəti onların hədsiz təvazükarlığıdır ki, bu da onların özlərini reklama doğru atıla biləcək hər bir addımdan saxlayır. Azərbaycan türkləri özlərini gözə soxmağa,başqalarına nisbətən onların payına daha çox düşən dərd və fəlakətləri uca səslə elan etməyə, hamıya çatdırmağa öyrənməmişdilər. Bütün bu dərd və fəlakətləri onlar səslərini çıxarmadan, mətbuat vasitəsi ilə dünyaya car çəkmədən, millətlərə və dövlətlərə müraciətlə ağlayıb-sıtqımadan içərilərində çəkirdilər.

Bu vəziyyət bir neçə nöqreyi-nəzərdən qüsur sayılmalıdır: məhz Azərbaycantürklərinin xarakterindəki həmin xüsusiyyət onların bir sıra fəlakətlərinin mənbəyinə çevrilmiş və bu xalqa özünün milli fizionomiyasını dolğunluğu ilə göstərməyə mane olmuşdur. Azərbaycantürkləri haqqında Avropanın və Amerikanın mətbuat orqanlarında bir sıra yalan məlumatların yayılmasına da bu şərait əsas vermişdir. Həmin məlumatların müəllifləri bir sıra hallarda fantaziyalara güc vermiş,bəzitəsadüflərdə ictimaiyyətin diqqətinə təqdim etmək iddiasında olduqları məsələyə nabələdliklərini nümayiş etdirmiş, əksər hallarda isə belə materiallar bizim xalqa düşmənçilik məqsədi ilə, onu gözdən salmaq niyyəti ilə yazılmışdır. Belə yazıların müəlliflərinin öz siyasi korluqları ucbatından Azərbaycan türklərinə gücləri çatan qədər ziyan vurmaq istəmiş və bu yolla da öz millətlərinə fayda göstərmək fikrində olmuşlar.

Son

Seçilən
9
turkustan.az

1Mənbələr