Yaş yarıma çatmamış uşağı olan qadınlar, əmək funksiyasını yerinə yetirməkləyanaşı uşağını yedizdirməkdə və ya əmizdirməkdə çətinlik çəkirlərsə, işəgötürən qadının ərizəsi ilə onu uşağı yaşyarımına çatanadək başqa yüngül işəkeçirməlidir və ya uşağının yedizdirilməsi üçün zəruri şəraitin yaradılmasını təmin etməlidir. Bu zaman onların orta əmək haqqı saxlanılır və onların əmək haqqının azaldılması qanunvericiliklə qadağan edilir. Həmçinin əmək şəraiti ağır, zərərli olan iş yerlərində, habelə yeraltıtunellərdə, şaxtalarda və digər yeraltıişlərdə qadın əməyinin tətbiqi qadağandır.
Hamilə qadınların və 3 yaşına çatmamışuşağı olan qadınların gecə işlərinə, işvaxtından artıq işlərə, istirahət, iş günühesab edilməyən bayram və digər günlərdəişə cəlb edilməsinə, habelə onların ezamiyyətə göndərilməsinə yol verilmir. Hamilə, 14 yaşına çatmamış uşağı, yaxud sağlamlıq imkanları məhdud uşağı olan, habelə tibbi rəy əsasında xəstə ailə üzvünəqulluq edən qadınların xahişi ilə işəgötürən onlara işlənmiş vaxta mütənasib əmək haqqı ödənilən natamam iş günü və ya natamam iş həftəsi müəyyən etməlidir. Bu halda qadının gündəlik və ya həftəlik işvaxtının müddəti tərəflərin razılığı iləmüəyyən edilir. İşçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olan qadınların işdə saxlanılmasına üstünlük verilir.
İşəgötürən tərəfindən hamilə, habelə 3 yaşınadək uşağı olan və yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən qadınlarla işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi qadağandır".